“Samsung Galaxy A5” Cənubi Koreya istehsalçısının ilk dəmir smartfonlarından biridir. Karalux Vyetnam zərgərləri, daha da irəli getmək qərarına gəliblər. Cəmi 610 dollar qiymətinə, hər bir kəs 24 karatlıq qızılla bəzədilmiş lüks smartfonu əldə edə bilər.


 


Smartfonun öz dəyəri 410 dollardır, 200 dollar isə onu qızılla örtmək üçün ödəmək lazımdır. Qiymətli metal ilə onun yan çərçivəsini bəzəyirlər, eləcə də arxa panelinin bir hissəsini. 


 


Siqnal qəbulu keyfiyyətii zəiflətməmək üçün, üst və alt plastiklər toxunulmaz olaraq qalıb. Həmçinin, hər bir müştəri arxa panel üzərində xüsusi bir oyma sifariş edə bilər, ancaq bu xidmətin 200 dollara daxil olub və ya olmadığı məlum deyil. Texniki göstəricilər isə dəişilməz olaraq qalıb.