Dünyanın öndə gələn prosessor istehsalçısı və texnologiya şirkətlərindən biri olan “Intel” HDMI girişli televizoru əməliyyat sistemli yüklü bir kompüterə çevirəcək olan,Compute Stick adlı cihazını “CES 2015” sərgisində tanıtdı.


 


“Intel”in “Compute Stick” adlı cihazı əslində kiçik bir kompüter xarakteri daşıyır və televizorları bir masa üstü kompüterə daşımaq niyyətindədir. Cihaz performans olaraq çox güclü olmayacaq.


 


Lakin bu kiçik cihaz Windows 8.1 tətbiqlərini və ya bir Linux əməliyyat sistemini işlədəcək tutumda hazırlanmışdır. “Intel”in dörd nüvəli “Atom CPU”nu özündə birləşdirən cihaz, 32 GB-lıq saxlama tutumuna və 2GB RAM-a sahibdir. Üzərində bir USB çıxışı, tərkibində isə kabelsiz internet və Bluetooth 4.0 dəstəyi olacaq məhsulun güc qaynağı da bu anda USB üzərindən təmin edilir. “Intel Compute Stick” sayəsində, internet üzərindəki sadə ehtiyaclarını ödəmək mümkün olacaq.


 


“Compute Stic” üzərindən sosial şəbəkələrə bağlana, internetdə gəzə və təbii ki, bəlkə də “Compute Stick”in ən çox istifadə ediləcək sahələrdən biri olacaq, kompüter üzərindən TV ekranında bir yayım izləmək mümkün olacaq. 2015-ci ilin Mart ayında bazarda olması gözlənilən məhsulun qiyməti isə iki fərqli modelə görə dəyişəcək. “Intel Compute Stick”in Windows qiyməti 149 dollar ikən, Linux (Ubuntu) versiyası isə 89 dollarlıq qiymət etiketinə sahib olacaq.