Yanvar ayının 6-sı Hindistanda Samsung smartfonlarının iki yeni xətti təqdim olundu: “Galaxy E5” və “Galaxy E7”. Daha öncə smartfonlar haqqında məlumat dəfələrlə internetdə yayılmışdı, lakin rəsmi məlumat yalnız indi üzə çıxdı.
“Galaxy E5” 5 düymlük ekran, 1.2 GHz ilə 4-nüvəli prosessor, 1.5 GB RAM, 8 meqapikselli əsas və 5-meqapikselli ön kamera, eləcə də SIM kart üçün iki slot və 2400 mAh batareya gücü ilə təciz edilib.
“Galaxy E7”, qeyd etdiyimiz devaysdan 5.5 düymlük ekran, 2 GB RAM, 13-meqapikselli əsas kamera və daha tutumlu batareya 2950 mAh ilə fərqlənir. Smartfonların qiymət dəyəri müvafiq olaraq 305 və 363 ABŞ dollar təşkil edir. Galaxy A xəttinin analoqları ilə müqayisədə aşağı qiymət metalın olmaması ilə izzah olunur.
