“NASA”“Nissan” sürücüsüz və kosmos avtomobilləri istehsal etmək üçün əməkdaşlıq etdi. Ağla dərhal Voltran və ya Transformers səhnələrini gətirsə də, istehsal ediləcək olan robot texnologiyası ayrı dizaynlarda istifadə ediləcək.



Razılaşmadan ən əhəmiyyətli faydanı isə NASA əldə edəcək. “Nissan” sürücüsüz avtomobillər üzərində uzun müddətdir ki işləyir. Şirkət 2013-cü ilin sonunda elektrikli avtomobili “Nissan Leaf”ın sürücüsüz prototipini Tokyo küçələrində test etməyə başlamışdı.



“Nissan”ın şəhər içərisində test etdiyi avtomobili Marsın ən kələ-kötür ərazisində belə böyük bir çətinlik yaratmaya bilər. Sürücüsüz avtomobil istehsal etmək üçün birlikdə çalışacaq olan NASA və Nissan mühəndislərinin çıxış nöqtəsi “Nissan Leaf” olacaq. Avtomobil, Mars və sonrası vəzifələrdə istifadə edilə biləcək şəkildə hazırlanacaq.