“Microsoft”un özünü yeniləmə addımlarından biri olan təqdimat vasitəsi “Sway”in “iPhone” tətbiqi də yayımlandı. “Microsoft Office”in rəsmi blogundan edilən şərhə görə "Sway for iPhone” İngilis dilində danışılan bir çox ölkədə istifadəyə təqdim edildi.


 


“iPhone” tətbiqi “Sway”in ilk mobil app xüsusiyyətini daşıyır. “Sway” nədir? Qısaca xatırladaq ki, “Sway” “Microsoft”un yeni, sadə və tamamilə bulud əsaslı çalışan təqdimat vasitəsi olaraq 2014-cü ilin Oktyabr ayında təqdim olundu. 2014-cü ilin sonunda isə hər kəsin istifadəsinə verildi.