Ötən il hüquq sahibləri onların hüquqlarını pozan 345 milyon istinadı axtarış indeksindən silməyi “Google”dan tələb edib. Bu göstərici 2013-cü illə müqayisədə 75 faiz yüksəkdir.


 


Hərçənd ki “Google” axtarış reytinqində pirat saytların azalması üçün bir sıra addımlar atıb, amma istinadların silinməsi haqda sorğuların sayı artmağa davam edir.


 


Müqayisə üçün, 2008-ci ildə onlarla belə sorğu “Google” şirkətinə göndərilib. Bu gün isə şirkət gündəlik təxminən milyon sorğu emal edir. İstinadların əksəriyyəti silinir, amma heç də hamısı yox. Bəzən “Google” şirkəti belə nəticəyə gəlir ki, istinad edilən material heç kimin hüquqlarını pozmur.