Çin şirkəti olan NavJack “iPhone 6” və “iPhone 6 Plus”un 24 karatlıq qızılla örtülmüş lüks versiyalarının sifarişlərinin qəbuluna başlayıb. NavJack şirkəti rəngli metaldan əlavə Apple fonlarını əlavə şüşə qatı “Gorilla Glass 3” ilə təchiz edib. “Gold iPhone 6” və “iPhone 6 Plus” eksklüziv qutuda gələcək. Lüks modifikasiyanın qiyməti hələki məlum deyil.

