Söz azadlığı və terrora qarşı dayanışmayla tanınan "Je Suis Charlie" yəni "Mən Charlieyəm" şüarının artıq bir tətbiqi var. Tətbiq dünyanın hər yerindən insanların söz azadlığı kampaniyasına daxil olmasını təmin etmək kimi xüsusi bir məqsədə xidmət edir.


 


Tətbiqin bu məqsədi Apple tərəfindən də xüsusi bir diqqət görməsini təmin etdi. Je Suis Charlie tətbiqinin yaradıcıları Apple CEO-su Tim Cook ilə ünsiyyətə keçdi.


 


“Apple”ın şərti isə tətbiqin bir mətbuat quruluşu ilə əlaqəli olaraq yayımlanması idi. Fransanın Nice-Matin gündəlik qəzeti ilə yayımlanan Je Suis Charlie olduqca sadə bir tətbiqdir. Kampaniyanı dəstəkləmək istəyən insanların xəritədə mövqelərini təyin edib, şüarı buraya yerləşdirməsini təmin edir.