Kanadanın bir müddətdir böhran içərisində olan ağıllı telefon istehsalçısı "Blackberry", şirkətin Samsung tərəfindən satın alındığına dair çıxan xəbərlərin yalan olduğunu açıqlayıb.
“Blackberry”dən verilən yazılı açıqlamada, "Şirkətimiz, Samsung ilə satışa dair danışıqlar aparmamaqdadır. Blackberry, söz-söhbətlər və fərziyyələr haqqında şərh vermək niyyətində də deyil" ifadəsi istifadə edilib.
Cənubi Koreyanın texnologiya şirkəti Samsungun, “Blackberry”nin səhmlərinə 7,5 milyard dollar təklif edərək Kanadalı şirkətə talib olduğuna dair xəbər yayılmışdı. Təklif söz-söhbətinin ortaya çıxması ilə, “Blackberry”nin səhmləri Toronto Birjasında 30% bahalaşmışdı.