Kanada şirkəti “BlackBerry” ötən ilin sonunda yeni smartfon “Classic”i təqdim etdi. Cihaz asan və sürətli yazmaq, eləcə də mexaniki QWERTY klaviatura ilə klassik dizayn həvəskarları üçün xüsusi olaraq yaradılmışdır.
BlackBerry onun köməyi ilə flaqman smartfon “Pasport”un əldə etdiyi uğurlarını daha möhkəmləndirmək niyyətindədir. İstehsalçıya görə, devaysın daha bir üstünlüyü, onun batareyası və BlackBerry OS 10.3.1-dir.
BlackBerry smartfonları iş adamları üçün dəbli seçimdir və bu seçimi Vietnamlı Karalux daha cəlbedici edib. 350 ABŞ dollar əlavə ödəniş və 4 saat iş prosesindən sonra, şirkət paslanmayan polad elementləri, qızılnan əvəz edəcək.



