Dünya daxilində 700 milyondan çox istifadəçisi olan WhatsApp nəhayət masaüstündədir. Tətbiqi kompüterinizdən nəzarət etməyi təmin edən yeni versiya, gün ərzində kompüterlə çalışarkən bir cihazdan digərinə keçmə problemini aradan qaldırdı.



Sensor ekran əvəzinə klaviatura ilə yazma rahatlığı ilə söhbətə davam etmək, şəkil, link və videoları birbaşa kompüterdə saxlamaq olur. Bu gündən “WhatsApp” messencerinin veb-versiyasından istifadə etmək mümkündür.



İstifadəçilər veb-versiyadan istifadə etmək üçün “web.whatsapp.com” saytına daxil olmalıdır.Veb-versiyada qeydiyyatdan keçmək üçün QR kodlar sistemindən istifadə tələb olunur. İstifadəçi telefonda quraşdırılan “WhatsApp”da “Menyu – WhatsApp Web” səhifəsinə daxil olmalıdır. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə “Whatsapp”dan yararlana biləcək. Kompüter vasitəsilə “WhatsApp”a daxil olmaq üçün mobil telefonunuzda mesencerin ən son versiyası quraşdırılmalıdır.Yeni versiya yalnız “Android”, “Windows Phone” və “BlackBerry”də işləyir. iOS üçün proqram hələ təqdim olunmayıb.