Kalifornia mərkəzli elektron markası “Fuhu” nəhəng ölçüyə sahib tableti “Nabi”ni əyləncəli bir şəkildə təqdim etdi. Marka reklam kampaniyası üçün The Illusionists nümayişinin ulduzu Adam Trenti vəzifələndirdi.
Reklam çarxının çəkilişləri New Yorkda baş tutub. 5 müxtəlif küçədə gəzən sehrbaz insanların “iPad”lərinin daha böyük olmasını istəyib istəmədiyini soruşur və bir hərəkətlə “iPad”ləri 65 düymlük nəhəng ölçüyə gətirir. Cihaz “Fruit Ninja” kimi oyunların gerçək meyvələrlə oynanabilməsinə imkan yaradıb.