“Samsung” mobil bölməsinin rəhbəri J. K. Shin verdiyi son müsahibəsində Kanada şirkəti “BlackBerry”ni alması barədə şayiələri nəhayət ki, təkzib etdi. Cənab Shin bildirib ki, o, Şimali Amerika tərəfdaşları ilə yalnız əməkdaşlığın inkişaf və davam etdirilməsində maraqlıdır.



Xatırladaq ki, ötən ilin Noyabr ayında “Samsung” və “BlackBerry” şirkətləri, Android qurğuların istifadəçilərini maksimum qorumaq üçün birləşiblər.J. K. Shin müsahibəsində, bu əməkdaşlıqdan məmnun olduğunu bildirib.