“Samsung” autizmli fərdlərin həyatlarını yaxşılaşdırmaq məqsədiylə yeni tətbiqi “Look At Me”ni təqdim etdi. Həyata keçirilən klinik araşdırmaya görə, tətbiqin köməyiylə autizmli uşaqların göz təması qurmaq bacarığında 60 % irəliləyiş qeydə alınıb.



Autizmli uşaqların çoxunun insanlarla göz təması qurmaqda və bu təması davam etdirməkdə çətinlik çəkdikləri məlumdur. Edilən araşdırmalara əsasən, autizmli uşaqların ağıllı cihazlardan xoşlandıqları məlum olub.



Samsung bu məqsədlə Seul Milli UniversitetiYonsei Universitetindən olan doktor və professorlarla əməkdaşlıq edərək, "Look At Me" tətbiqini hazırladı. Tətbiqin inkişaf prosesində, 20 uşaq üzərində 8 həftə boyunca davam edən ortaq bir klinik iş reallaşdırıldı. Tətbiqdən istifadə edən uşaqlar, cihazın kamera funksiyası vasitəsilə qarşılarındakı insanın duyğu vəziyyətini anlaya və üzlərini xatırlaya bilir.



Yeddi fərqli əyləncəli və interaktiv vəzifə, uşaqların marağını canlı tutarkən, tətbiqə yerləşdirilən mükafat-bal sistemi ilə səsli və vizual effektlər, uşaqların motivasiyasını artırır. Hər bir vəzifə, gün ərzində təxminən 15-20 dəqiqədə tamamlanabilir. Galaxy S5, Galaxy S4, Galaxy S3, Galaxy Note 4, Galaxy Note 3, Galaxy Note 2, Galaxy Zoom 2, Galaxy Zoom və Galaxy Tab S model ağıllı cihazları üçün olan tətbiqi “Google Play”dən yükləmək mümkündür.