Texnologiya nəhəngi “Apple”ın direktoru Tim Kuk, “Apple”ın ilk ağıllı saat modeli olan “Apple Watch”un bazara çıxardılacağı tarix ilə bağlı açıqlama verib.
Şirkətin 2014-cü ilin son rübündəki maliyyə hesabatlarının açıqlandığı toplantıda çıxış edən Kuk, “Apple Watch”u 2015-ci ilin Aprel ayında bazara çıxartmağı planlaşdırdıqlarını bildirib.
Hələ bazara çıxmamış “Apple Watch”u gündəlik həyatında istifadə etdiyini bildirən Kuk, "Apple Watch-u hər gün istifadə edirəm, onsuz yaşamıram" ifadələrini istifadə edərək indidən texnologiya həvəskarlarının gözləntilərini də artırıb. Şirkət 2014-cü ilin Sentyabr ayında verdiyi açıqlamsında məhsulun qiymətinin 349 dollardan başlayacağını bildirilmişdi. “ABŞ”ın texnologiya saytlarında yer alan iddialara görə, "Apple Watch"un batareya ömrü belədir:
Yuxu rejimində batareya ömrü: 4 gün.
Standbyda batareya ömrü: 3 gün.
Aktiv istifadədə batareya ömrü: 2.5
Orta hesabla batareya ömrü: 19 saat.