Dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook”un 2014-cü ilin son rübündə mənfəəti 2013-cü ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq 3,85 milyard dollara yüksəlib.



Facebook, 2014 maliyyə ilinin son rübünə aid maliyyə nəticələrini açıqlayıb. Nyu-York birjasının bağlanmasının ardından verilən məlumata görə, şirkət 31 Dekabr 2014-cü ildə bitən rübdə 3,85 milyard dollar gəlir və 701 milyon dollar xalis mənfəət əldə edib.



Şirkət 2013-cü ilin son rübündə 2,59 milyard dollar gəlir və 523 milyon dollar xalis mənfəət açıqlamışdı. Beləliklə, “Facebook”un ötən ilin 4-cü rübündə mədaxili 49 faiz, xalis mənfəət 34 faiz artıb. Bazarlar isə, şirkətin 4-cü rübdə bir səhmə 0,49 dollar olmaqla bütövlükdə 3,77 milyard dollar gəlir açıqlayacağını gözləyirdi. Facebook gəlirinin təxminən 93%-ni reklamdan əldə edib.



Açıqlamaya görə, ötən ilin son rübündə 3,59 milyard dollara çatan reklam gəlirləri 2013-ün eyni dövrünə nisbətən 53% artıb.Həmçinin “Facebook”un 2014-cü ildə cəmi gəlirinin 12,47 milyard dollar olduğu və bu rəqəmin 2013-cü illə müqayisədə 58 faiz artdığı qeyd olunub.“Facebook”un təsisçisi və İcraçı Direktoru Mark Zuckerberg verdiyi açıqlamada, “2014-də çox şeyə nail olduq. Facebook böyüməyə davam edir və biz dünyanı birləşdirməkdə inkişaf edirik” deyib.



“Facebook”un Dekabr ayındakı gündəlik aktiv istifadəçi sayı, ötən ilin eyni dövrünə nisbətən 18 faiz artaraq təqribən 890 milyona çatıb. Gündə orta hesabla 745 milyon Facebook istifadəçisi hesablarına, ağıllı telefon və planşet kimi mobil cihazlarından giriş edib. Bu rəqəm, 2013-cü ilin Dekabr ayı ilə müqayisədə 34%-lik artıma işarə edir. Digər tərəfdən, “Facebook”un səhmləri aparılan əməliyyatlarda təxminən 1,5% dəyərdən düşərək, 75,11 dollara geriləyib.