Yalnız öz telekommunikasiya avadanlığı ilə deyil, həm də mobil qurğuları ilə tanınan Çinin ZTE şirkəti yeni “Blade S6 smartfon”unu elan edib. Cihaz 64 bitlik səkkiznüvəli Qualcomm Snapdragon 615 prosessoru ilə təchiz edilib.



Eyni zamanda 2 QB əməli yaddaş və Sony IMX214 ötürücüsünə malik 13 meqapiksellik əsas kameraya sahibdir. Videozəng və selfi çəkilişi üçün nəzərdə tutulmuş ön kamerası 5 meqapiksellik matrisdən istifadə edir.



Daxili fləş yaddaşın həcmi 16 QB təşkil etdir, microSD çıxarılıb taxılan kartları ilə artırıla bilər. Telefon 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Aparata MiFavor 3.0 istifadəçi interfeysli Android 5.0 Lollipop mobil əməliyyat sistemi quraşdırılıb. ZTE Blade S6 smartfonunun satışına 2015-ci ilin Fevralında başlanılacaq. Yeni modelin satış qiyməti təxminən 250 dollar təşkil edəcək.