“Nokia” daha bir uğurlu nəticəyə nail olub. N1 adlı tabletin 32 min devaysdan ibarət növbəti hissəsi cəmi 7 dəqiqə 47 saniyə ərzində satılıb. Demək olar ki, 700 min insan bu devaysa maraq göstərib.
Tableti ala bilməyənlər, Fevralın 26-sı “Nokia N1”in növbəti toplumu bazara gələn gün bir daha buna cəhd edə biləcəklər. Cihaz 7.9 düymlük ekran, 2.3 GHz tezlikli 4 nüvəli prosessor Intel Atom Z3580, 32GB ROM və 2 GB RAM, 8 meqapikselli kamera, eləcə də 5300 mAh batareya gücü ilə təciz ediləcək.
