İsveçli müğənni Elliphant və DJ The Gaslamp Killer “iPad”in yeni reklam çarxında rol alıb. Reklam çarxında hər bir məkanda və hər bir vəziyyətdə yeni musiqi yaratmaq haqqında bəhs edilir.
“Apple” tableti yaradıcılıq mərhələsinin əsas hissəsinə çevrilir. Onun köməyi ilə Elliphant gələcək mahnılarının mözusunu yazır, prodüser Rayton ilə əlqə saxlayır və ona ilk nəticəni göndərir.
Eyni zamanda ev studiyasında oturaraq ritm seçir, səs effektləri və nümunələri yaradır. Daha sonra DJ “All or Nothing” musiqisinin remixini hazırlayır, rejissor So Me isə reklam çarxını çəkir.