Texnologiya nəhəngi Apple şirkəti ilk dəfə 700 milyard dollar bazar dəyərinə çatan ilk şirkət olub. Çərşənbə günü şirkətin səhminin qiyməti 122,02 dollara qədər çıxıb.
Bu şəkildə Apple 705 milyard dollarlıq bazar dəyərinə çatıb. Hazırda “Apple”ın dəyəri iki Microsoft edir. Apple son rübdə 74 milyon "iPhone" satıb və 18 milyard dollar mənfəət əldə edib.