“Am I Going Down” (Düşə bilərəmmi) adlı tproqram, istifadəçiləri üçün hər hansı bir təyyarənin düşərək qəzaya uğraması faizini hesablayır. Proqramın bu nisbəti müəyyən edərkən istifadə etdiyi alqoritm isə olduqca sadədir.
Proqram, hava yolu şirkətlərinin daha əvvəlki qəza tarixçəsini və təyyarələrin modelini əsas götürərək istifadəçilərə təyyarənin düşmə riski nisbətini göstərir.Hava yolu nəqliyyatının əslində nə qədər etibarlı olduğunu göstərən proqrama görə, bəzi uçuşların düşmə ehtimalları belədir:
Türk Hava Yolları ilə Atatürk Hava Limanından Ankaraya Hava Limanına uçan hər hansı bir “Airbus A330”un düşməsi nisbəti 1 milyon 618 min 125-də 1-dir. Yəni bu təyyarənin düşməsi üçün 4 min 433 il ərzində hər gün uçmaq lazımdır. Başqa bir misala görə, Air France ilə Londondakı Hitrou (Heatrow) Hava Limanından İstanbula Boeing 727 ilə uçan bir sərnişinin qəzaya uğrayan bir təyyarədə yer almasının ehtimalı 2.032.754-də birdir.Hələlik yalnız “iPhone” və “iPad”lar üçün uyğun olan proqramın qiyməti 5 dollardır. Proqramın Android əməliyyat sistemi ilə çalışan versiyasının isə qısa müddət ərzində yayımlanacağı gözlənilir.