“Be My Eyes” tətbiqi bir növ mobil şəbəkə quraraq ağıllı telefon istifadəçilərinin görmə qüsurlu insanlara yardım etməsinə imkan verir. Danimarkalı “Robocat” şirkəti tərəfindən hazırlanan “Be My Eyes” tətbiqi görmə qüsurlu istifadəçilərə internet üzərindən yardım imkanı təmin edir.
Görmə qüsurlu insanlar hər hansı bir problemlə qarşılaşanda ağıllı telefonlarının kamerasını açaraq problemi könüllü istifadəçilərə göstərir. Audio cavab xüsusiyyəti olan tətbiqdə köməksevər, gördüklərini görmə qüsurlu şəxsə izah edir və problemin həll olunmasına kömək edir.
İstifadəçilər arasında bir növ ünsiyyət şəbəkəsi quran tətbiq, əlillərə kömək edərkən eyni zamanda yardımsevənlərə də könüllü olmağa imkan verir. Hələlik yalnız Danimarkada istifadə olunan “Be My Eyes” tətbiqinin təxminən 700 könüllüsü var və bu say gün keçdikcə artır.