Dünyanın ən əhəmiyyətli e-ticarət saytlarından biri olan "Alibaba" indi də şirkətlər üçün bir mobil mesajlaşma tətbiqi təqdim etdi. Ding Ding adlanan tətbiq, hələlik yalnız Çin dilində xidmət göstərir.



"DingTalk"ı 5 ayrı platformada (iOS, Android, Windows, Mac OS) və web brauzerlərin köməyi ilə də istifadə etmək mümkündür. Digər tərəfdən Alibaba, WeChat, WorkingIM, Fengche, Mingdao, Maiman, IMO kimi müəssisələrə xidmət göstərən mobil mesajlaşma tətbiqləriylə də rəqabətə girmiş olur.