"LG" ağıllı saat bazarına "Android Wear" ilə daxil olan ilk markalardan biridir və bu sahədə bazar təcrübəsi də vardır. Daha öncə "G Watch" və "G Watch R" modelləriylə qarşımıza çıxan LG, bu səfər də "Watch Urbane" modelini təqdim etdi.



Cihazın ən böyük xüsusiyyəti metal gövdəyə sahib olmasıdır. Onun eynilə klassik saatlar kimi ayrı-ayrı kişi və qadın modelləri olması gözlənilir. Buna görə də "LG"nin əslində normal saat görünüşlü yeni bir cihaz tanıdacağı gözlənilir.



Qızıl və gümüş rəngində iki fərqli rəng variantıyla bazara təqdim olunacaq LG Watch Urban, təbii ki, dəri bir qayışa sahibdir. Lakin istifadəçilər istədikdə 22 mm eninə sahib olan fərqli qayışlar da taxa bilər. LG, daha əvvəlki modellərində də istifadə etdiyi 1.3 düym ölçüsündəki dairəvi OLED ekranı bu yeni modelində də istifadə etməyi qərara alıb. Android Wear əməliyyat sistemli cihaz, Qualcomm Snapdragonun 1.2 GHz-lik prosessoru ilə təchiz edilib. LG yeni ağıllı saatını bu ay içərisində Barselonada keçiriləcək olan "Mobil Dünya Konqresi"ndə (MWC) mətbuata və istehlakçıya təqdim edəcək.