Apple şirkəti "iCloud.com"un web üzərindəki məşhurluğunu artıracaq addımlar atmağa davam edir. Edilən yenilənməylə artıq iWork daxilindəki Pages, Numbers və Keynote tətbiqləri Apple cihazı olmayanlar tərəfindən də pulsuz olaraq istifadə oluna biləcək.
iCloud hesabı olan hər kəsin istifadəsinə açılan iWork web tətbiqləri hal-hazırda test müddətindədir. iCloud hesabı olmayanlar beta.icloud.com ünvanından qeydiyyatdan keçərək sistemə daxil edə bilir.
"icloud.com"u 4.5 milyon dollara aldığı deyilən Apple, 2011-ci ilin Avqust ayında iCloudun test versiyası təqdim etmişdi. "iCloud" üçün iWork təqdimatı isə "WWDC 2013" tədbirində edilmişdi.
