Google Inc. "Youtube"da ödənişli abunəni işə salmağa hazırlaşır. Bir müddət əvvəl Google şirkəti onların sahiblərinə ödənişi abunə ilə ödəməyə imkan verən bir sıra kanallar üçün ödənişli giriş versiyasını işə salıb.



Layihəyə qoşulanlar arasında Digital Theatre, DHX Kids TV, Hombre Pix, On Cue, Rap battle network, TYTplus da var. Əvvəlcə kanallar istifadəçilərə ödənişsiz əsasla iki həftəlik sınaq, daha sonra birillik güzəştlə almaq və ya hər ay 0,99 ABŞ dollar dəyərində aylıq ödənişlə təklif olundu.