Bir müddətdir ki, elektriklə işləyəcək avtomobil istehsal etmək üçün fəaliyyət göstərdiyi iddia edilən "Apple"ın bu layihəsi haqqında yeni iddialar var. "ABŞ"ın texnologiya nəhəngi, 200 nəfərlik bir kollektivin üzərində işlədiyi sözügedən vasitəni 2020-ci ilə qədər bazara çıxartmağı planlaşdırır.
"Apple"ın gizli saxladığı inanılan "Titan" adlı layihəsi ilk olaraq "Wall Street Journal" tərəfindən gündəmə gətirilmiş, şirkətin elektrikli və sürücüsüz bir avtomobil inkişaf etdirmək üçün düyməyə basdığı iddia edilmişdi.
Mövzu ilə bağlı xəbərlərdə bir mikroavtobus böyüklüyündə olması gözlənilən elektrikli avtomobilin layihəsinə 16 il əvvəl avtomobil nəhəngi Forddan ayrılıb "Apple"a işə düzələn Stiv Zadeskinin liderlik etdiyi məlumatı verilmişdi. Qarşıdakı illərdə böyük bir çəkişməyə səhnə olması gözlənilən elektrikli və sürücüsüz avtomobil sektoru, çox nəhəng şirkətin də diqqətini çəkmişdir. "Apple", iddia edildiyi kimi bu sektora addım atması halında “caynaqlı rəqiblərlə” rəqabət aparması lazımdır. Bənzər bir model üzərində çalışan “Tesla Motors Inc.” və “General Motors Co”nun anoloji vasitələrini 2017-ci ildə bazara çıxartması, avtomobilin isə 300 km mənzilə sahib olacağı gözlənilir.