Dünyada öndə gələn Android-Smartfon istehsalçısı olan "Samsung" şirkəti smartfondan virtual pul kisəsi kimi istifadə etməyə imkan verən "LoopPay" startapını satın alıb.
"LoopPay" şirkəti onu "Samsung"un əldə etdiyini açıqlayıb. Rəsmi şərhə görə, "LoopPay" Koreya şirkəti daxilində müstəqil vahid kimi fəaliyyətini davam etdirəcək.
Samsung şirkəti Mart ayının 1-də Barselona şəhərində keçiriləcək "Mobile World Congress" beynəlxalq sərgisində yeni Galaxy S 6 modelini təqdim etdikdən sonra, yeni servisi istifadəyə verməyi planlaşdırır. LoopPayin satın alınması son yarım ildə"SmartThings"dən sonar Samsung şirkətinin həyata keçirdiyi ikinci ən bahalı satınalmadır.