"Vertu" istehsalçının qurğu kolleksiyasına yeni model "Pure Jet Red Gold" əlavə edilib. Smartfon 21900 ABŞ dollardı dəyərindədir. Cihaz 4,7 düymlük Full HD təsvir ölçülü ekrana malikdir.



Eyni zamanda 2 QB əməli yaddaş, Snapdragon 801 prosessoru, 64 QB daxili yaddaş, 13 meqapiksellik Hasselblad kamerası və Band & Olufsen şirkətinin qabaqcıl audio texnologiyası ilə təchiz olunub.



"Pure Jet Red Gold" smartfonu görünüşcə şirkətin başqa smartfonuna (Signature Touch) çox oxşayır, amma fərq var. Gurluluq tənzimləyicisi və dizaynın başqa elementləri qızılla işlənib, smartfonun korpusu keramik işləmələrdən ibarət titandan hazırlanıb və arxa panel isə Alp dağlarında böyüdülmüş buzovun dərisindən işlənib.