Aprel ayında satışa təqdim ediləcək "Apple Watch" üçün Vogue Mart nömrəsində 12 səhifəlik bir reklam çalışması hazırlandı. Beyaz arxa fonlu elanlarda "Apple Watch"un 3 fərqli modeli təqdim olundu.
Dəri ilə əhatə olunmuş standart model, plastik kordonlu idman modeli və qızıl ilə əhatə olunmuş lüks "Apple Watch" modeli jurnalın Mart nömrəsinin səhifələrində yer aldı. "Apple Watch"un ilk çap kampaniyasının dünyaca məşhur bir moda jurnalında yer alması isə diqqətli bir marketinq strategiyası olaraq gözə dəyir.





