"Motorola" özünün ən sadə smartfonunun ikinci nəsilini təqdim etdi: Moto E (2nd gen.). Yeni cihazın əsas üstünlükləri kimi LTE, dörd nüvəli prosessor, qrafika Adreno, 2390 mAh batareya gücü, Android 5.0 Lollipop və 8 GB-lıq daxili yaddaş qeyd olunub.
Digər xüsusiyyətlər arasında 4,5 düymlük qHD ekran, 1 GB RAM, 5 meqapikselli və 0.3 meqapikselli kamera yer alır. Moto E (2-ci gen.) modelinin korpusu suya davaml örtüklə qorunub.
