"Samsung" şirkəti yeni "Galaxy S6" və qövslü ekrana malik olan "Galaxy S6 Edge" telefonlarını təqdim edib. İspaniyanın Barselona şəhərində keçirilən Ümumdünya Mobil Konqresində yeni ağıllı telefon modellərini təqdim edən Samsung, çox böyük bir sürpriz doğurmayıb.



Son bir neçə ayda haqqında müxtəlif iddialar ortaya atılan "Galaxy S6" və kənarları qövslü ekrana sahib olan "Galaxy S6 Edge", kabelsiz enerji toplama (wireless), sabit batareya ilə fərqlənir.



Eyni zamanda şirkətin mobil ödəmə xidməti "Samsung Pay" da bu fərqlənməyə daxildir. Ekranlarının quruluşundan başqa, demək olar ki, eyni xüsusiyyətlərə malik olan ağıllı telefonlarda 4 ədəd 2.1GHz prosessor, 4k video çəkə bilən 16 MP arxa kamera, 5 MP ön kamera və 5.1-inch QHD (2560x1440) ekranı var. Yeni modelləri şirkətin İcraçı Direktoru JK Shin təqdim edib.Daha əvvəl istehsal etdiyi ağıllı telefonlarda dəyişdirilə bilən batareya istifadə edən Samsung, bu dəfə sabit batareyaya keçib.



Galaxy S6-da 2550 mAh, Galaxy S6 Edge-də isə 2600 mAh tutuma malik olan batareyalar ilə təchiz olunur. Samsung, yeni cihazların doldurma problemi yaranmayacağını vurğulayır. Şirkətdən verilən məlumata görə, Galaxy S6 və Galaxy S6 Edge-in batareyası 10 dəqiqəlik bir enerji yığması ilə 4 saatlıq bir istifadə təmin edir. Samsung, yeni ödəmə xidməti Samsung Pay haqqında da bəyanatlar verib. Verilən məlumata görə, Apple Pay-in ən böyük rəqibi olması gözlənilən mobil ödəmə servisinin 2015-ci ilin ikinci yarısından etibarən geniş istifadə həddinə çatacaq.