"Google" 15 ildir istifadə etdiyi "Mountain View"dakı mərkəzi ofisini yeniləmə planını açıqladı. "Google"un yeni layihəsində daşınabilən binalar, yarı şəffaf örtüklər və təbiətlə möhtəşəm bir uyğunluq diqqəti çəkir.
Google yeni ofis planını 27 Fevralda təqdim etdi. "Charleston South" binasının şimal-qərb hissəsində, divar yerinə istifadə edilən örtüklər səs və çirklilik tənzimləmə xüsusiyyətinə sahibdir.
"Shoreline" binası qərb hissəsini göstərən plana görə bina xalqa açıq, mağazaların olduğu bir plazaya çevrilir. Velosiped və piyada yolları "Charleston South" binasının içərisindən keçir. Binanın bölümləri eynilə mebel kimi dəyişdirilə bilir. "Landing" binasının girişindəki plan isə ziyarətçilər buradan velosiped və ya piyada yolları ilə istədikləri binaya keçid edə bilməsindən ibarətdir. "Huff" binası girişində yenidən edilən təbii yenilənmə ilə Google işçiləri istərsə ağacların altında istərsə də su kənarında işlərinə davam etmələri planlaşdırılır. "Landings" layihəsinin şimal hissəsinin yarısına aid planda istifadə edilməyən park sahələri kimi hissələrin təbii ətraf mühitə çevriləcəyi göstərilib. "Green Loop"a aid plandakı günəş örtükləri, enerji istehsal edir və velosipedləri yağışdan qoruyur.