"BlackBerry" şirkəti "Leap" adı altında növbəti smartfonunu təqdim etdi. Bu, müvafiq içlik və görünüşə malik orta sinifə aid cihazdır. "BlackBerry"nin dizaynı təmkinli və ciddi şəkildə hazırlanıb. Metal çərçivə və ya əyri ekran kimi heç bir incəlik yoxdur.
"BlackBerry Leap" 5 düymlük HD ekran, 1.5 GHz tezlikli prosessor Qualcomm Snapdragon S4, 2 GB RAM, 16 GB daxili yaddaş, 8 meqapikselli və 2 meqapikselli kameralar, eləcə də 2800 mAh gücündə batareya ilə təciz edilib. Smartfon BlackBerry 10 əməliyyat sistemi ilə işləyəcək. Qiymət və satış tarixi barədə hələ heç bir məlumat yoxdur.

