"Apple Insider"ın "ABŞ"ın texnologiya nəhənginə yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, "iPhone 6S" və "iPhone 6S Plus" adını almasını gözlənilən ağıllı telefonlar, 2 GB RAM-a malik olacaq.



Bunun batareya sərfiyyatına mənfi təsir edə biləcəyini bildirən mənbələr, yeni modellərin hazırkı "iPhone 6" və "6 Plus" ilə müqayisədə daha yaxşı bir batareyaya malik olacağını iddia edir.



"Apple"ın ilk "iPad Air 2" və "iPad Mini 3" modellərində istifadəyə verdiyi "Apple SIM"in yeni iPhone modellərində də olacağı iddia edilir. Apple SIM sayəsində istifadəçilər GSM operatorlarından SIM kart almaq məcburiyyətində qalmırlar. Apple-ın uzun perspektivdə Apple SIM-i bütün ağıllı cihazlarına inteqrasiya edəcəyi gözlənilir. Artıq Şirkət "Apple SIM"i tətbiq etmək üçün ABŞ-da T-mobile, AT&T və Sprint ilə razılaşma əldə edib. Apple-ın yeni iphone modellərini Sentyabr ayında "ABŞ"ın Kaliforniya ştatında təqdim edəcəyi gözlənilir.