"Google" Londonda yeni online mağazasını istifadəçilərə təqdim etdi. Şirkətin sahib olduğu bütün məhsullarla əlaqədar ətraflı məlumatlar yeni online mağazada var. Google Glass, Nexus, Chromecast, Chromebook, Nest məhsulları ön plana çıxarkən bunların yanında Android cihazları üzərində çalışan klaviatura kimi ətraf vahidləri və aksesuarlar da mağazada satılır. Lakin Googleun online mağazası hal-hazırda bütün ölkələrdə istifadəyə verilməyib.