"Nokia"nın mobil platformasında iştirak edən xəritə və naviqasiya tətbiqi "here" təxminən bir illik fasilədən sonra iOS platforması üçün təkrar istifadəyə açıldı. iOS platformasında yayımlanan yeni versiya tamamilə əvvəlkindən fərqlidir.
Ötən il ilk olaraq Samsunga özəl olaraq yayımlanan, daha sonra bütün Android platformalarına verilən tətbiq eyni zamanda Windows Storeda da iştirak edir. Tətbiqlə birlikdə gələn ən böyük xüsusiyyət, hələlik bəzi bölgələri əhatə edən offline naviqasiya funksiyasıdır. Səyahət edən insanlar müəyyən mövqelərdə tətbiqi offline olaraq istifadə edə biləcəklər.