Because I’m worth it – L’oreal – 1973: 70-ci illərdə sosyal təkamül və feminizm nəticəsində "L'Oreal" tərəfindən yaradılan "Çünki mən buna dəyərəm" şüarı aradan 40 il keçməsinə baxmayaraq hələ də istifadə edilir. O dövrün şərtlərini anlamaq üçün kiçik bir not: L'Orealın rəqabət etdiyi markalar, reklamlarında belə kişi səsi istifadə edirdi. Düşünün, kişi səsiylə qadın məhsulları satılır. L'Oreal, reklamında qadın səsi istifadə edən ilk marka olub.

Just Do It! – Nike – 1988: "Nike"ın reklam agentliyi "Wieden and Kennedy" və bir qrup Nike işçisi tərəfindən 1988-ci ildə inkişaf etdirilən şüar və şüar ətrafında formalaşan təqdimatlar sayəsində, "Nike"ın 18 % olan idman ayakkabısındaki bazar payı 43 %-ə çatdı.
Connecting People – Nokia- 1992: Finli mobil telefon istehsalçısının ilk olaraq 1992-ci ildə təqdim etdiyi reklam kampaniyasında eşitmiş olduğumuz "Connecting People" şüarı, illərcə "Nokia"nı mobil telefon sektorunda lider etdi. O zamandan bu günə tam 21 il keçsə də mobil telefon deyildiyində bir çoxumuzun ağlına "Nokia"nın şüarı və səs tonu gəlir.
Refreshes the parts other beers cannot reach – Heineken – 1973: "Carlsberg"in 1973-cü ildəki "Probably the best beer in the world" şüarı ilə eyni dövrdə yaradılan və 2005-ci ilə qədər istifadə edilən şüar dünya səviyyəsində bir müvəffəqiyyət qazandı və "Heineken"in rəqabət gücünü artırdı.
Open happiness – Coca Cola – 2009: "Coca Cola"nın illərdir reallaşdırmaq üçün enerji sərf etdiyi "İinsanları xoşbəxt etmək" mövzusunun ilk filizləri olan "Xoşbəxtliyə qapaq aç" 2009-cu ildə McCann Erickson tərəfindən yaradıldı. O gündən bu günə keçən müddət ərzində bu şüarın şüuraltına yerləşməsi üçün minlərlə marketinq fəaliyyəti həyata keçirən Coca Cola, "Xoşbəxtlik" sözü ilə özünü bərabərləşdirməyi bacardı.

Think Different! – Apple – 1997: Bu siyahıda "Apple"ın "Think Different" şüarına yer verməmək böyük bir səhv olardı. Şüarın yaratdığı müvəffəqiyyəti isə izah etməyə ehtiyac yoxdur.
Think Small – Volkswagen – 1959: 1959-cu ildə Helmut Krone tərəfindən yaradılan "Think Small" kampaniyası, "Volkswagen"in "Beetle2 (Vosvos) modeli üçün təyin olunan ən yaxşı şüardır. Marka bu şüar sayəsində milyonlarla insanı Vosvos sevdalısı etdi. Bu model hal-hazırda belə bir çox insan üçün "bir avtomobildən daha çoxu"nu izah edir.
Beanz Meanz Heinz – Heinz- 1967: 1967-ci ildə istehsal olunan və 30 il istifadə edilən bu şüar, bir çox nüfuza görə Dünyada ən çox təkrarlanan və ağılda qalan şüar olma xüsusiyyəti daşıyır. Şüar, xüsusilə Birləşmiş Krallıqda bir əfsanə olaraq xarakterizə edilir. 60-cı illərdə ünsiyyət, tək kanallı olduğundan insanların şüuraltına sanki həkk olunmuş bir şüardır.