"Facebook" rəsmi olaraq yeni standartlar gətirdiyini açıqladı. Facebook sosial şəbəkəsinin "CEO"su Mark Zuckerberg öz səhifəsindən paylaşdığı məzmunlar arasında Türkiyədən bir nümunə verdi.



"Hürriyet"də yer alan xəbərdə də ifadə edildiyi üzrə Zuckerberg, "Hal-hazırda Facebookdan istifadə edən ölkələri tanımağa ehtiyacı var. Hər ölkənin özünə xas ifadə sərhədləri vardır. Məsələn, Türkiyədə Atatürkü təhqir etmək qeyri-qanunidir və ya müsəlman ölkələrində dinə küfr etmək cinayət olaraq qəbul edilir. Bu səbəbdən də Cəmiyyət Standartları yeniləndi. Bu meyarlara uyğun gəlməyən məzmunları qaldıracağıq" deyə bildirdi.