Facebook, mesajlaşma tətbiqi "Messenger" üzərindən pul göndərib alma xüsusiyyətini rəsmi olaraq elan etdi. Gələn xüsusiyyətlə birlikdə artıq "Facebook Messenger" tətbiqi üzərindən pul göndərmək mümkün olacaq.
Pulsuz olaraq istifadə ediləcək olan pul göndərmə xüsusiyyətinin önümüzdəki aylarda "ABŞ"da aktiv hala gəlməsi gözlənilir. Sistem olduqca sadə çalışır və istifadəçilər arasında pul transferi edilməsini təmin edir.
Messengerdə "$" simvoluna toxunmaq və daha sonra "Pay" düyməsinə toxunmaqla seçilən bank kartı ilə pul göndərmək mümkün olur. Facebook Messenger bu anda "ABŞ"dakı banklara bağlı olan Visa və MasterCard bank kartlarını qəbul edir. "Facebook Messenger"dən pul göndərərkən əgər iOS cihazından stifadə edilirsə, "Touch ID" xüsusiyyətini istifadə etmək mümkün olacaq.