"eMarketer" proqnozlaşdırır ki, 2015-ci ildə "ABŞ"da media reklamın xərcləri 27 milyard dollara yüksələcək və büdcənin böyük hissəsi sosial şəbəkələrə çatacaq. Məsələn, "Facebook" və "Twitter"ın bazar payı 30,2%-ə çatacaq, 2017-ci ildə isə hər iki şirkət təxminən 34% tutacaqdır.



Əgər ötən il "Facebook"un media formatlar üzrə satış gəliri 61% qalxıbsa, "Twitter"ın 91%, o zaman 2015-ci ildə artım tempi biraz yavaşlayacaq. eMarketer dəyərləndirməsinə görə, ən böyük sosial şəbəkə 29% əlavə edəcək.



Amma mikrobloqlar xidməti digital ekran reklamından 62% daha çox gəlir əldə edəcək. Bu ilin sonuna qədər gözlənilir ki, Twitter 1,34 milyard qazanaraq "Yahoo"nu qabaqlayacaq (rəqiblə 1,14 milyard ilə müqayisədə). Son 6 ildir ki, Yahoo ABŞ bazarında media gəlirlərini itirir. Lakin eMarketer 2015-ci ildə azda olsa (+1%) artım tempi proqnozlaşdırır. Bazar araşdırma şirkətinin məlumatına görə, 2013-cü ildə Yahoo payı 7,2%, 2014-cü ildə 5,5% təşkil edib, 2015-ci ildə isə şirkətin bazar payı 4,6% olacaq. "Facebook" və "Twitter"ın uğuru mobil reklam sayəsindədir. Ekspertlər proqnozlaşdırır ki, amerikalı reklamçıların media reklama olan xərcləri 14,7 milyard dollar təşkil edəcək.