Bu yaxınlarda Cənubi Koreyada "Watch Urbane" LTE smart saatının satışı başladı. Yeni cihaz 590 ABŞ dolları dəyərindədir. Bundan əlavə şirkət LTE dəstəyi olmayan, nisbətən daha əlverişli modifikasiya təqdim edir.



Şirkətin İngilis bölməsi "LG Watch Urbane"ın yeni reklam çarxını yayıb. Qeyd edək ki, Böyük Britaniyada saatın qiymət dəyəri 300 funt təşkil edir. Devays onun LTE analogundan daha nazik korpus, az tutumlu batareya, yüngül çəki və Android Wear ilə fərqlənir.