"Vita1000" brendi yaradılışından bəri cəmiyyətimizin təbii qida ilə təchiz edilməsinə və sağlam qidalanmasına töhvə verməyi özünün missiyası kimi müəyyən etmişdir. Təsadüfi deyil ki, brend, istehlakçılarını öz bağlarında yetişdirilən təbii məhsullardan istehsal edilən yüksək keyffiyyətli meyvə şirələri ilə sevindirir. Məhsul istehsalı ilə əlaqadər qeyd olunan bu faktı əsas götürərək "Uptime" (http://www.uptime-marketing.com/#highlights) və "Azgranata" (www.azgaranata.az) marketinq komandaları olaraq "Vita1000"in üçün onun missiyasını istehlakçıya daha ifadəli çatdıra biləcək yeni brend kimliyi yaradıldı.
Yeni brend kimliyi "Meyvələrin Söhbəti" (Fruit Talk) adının verildiyi kommunikasiya platforması vasitəsilə məhsulun təbiiliyini hədəf kütləsinə daha dolğun çatdırmağı hədəfləyir. Bundan əlavə, məhsulun qablaşdırması və qablaşdırma dizaynı onun kommunikasiya platformasının əsas atributu kimi istifadə olunur. Qeyd olunan bu atribut bütün kommunikasiya kanallarında özünü biruzə verecək. Beləliklə, bu yanaşma ilə Vita1000 Azərbaycan marketinq tarixində "məhsul üzərindən marketinq" (product marketing) prinsipini uğurla tətbiq edən ilk brend namizədlərindən birinə çevrilməyi iddia edəcək. Vita1000 brendin tərəfindən belə cəsarətli addımın nəticələrini səbirsizliklə gözləyirik.


