"Amazon" internet şirkəti bulud xidmətlərinə limitsiz tarif təqdim edib. İstənilən həcmdə fotoşəkillərin və əlavə olaraq 5 QB tutumunda istənilən başqa faylların saxlanılması ildə 12 dollar, istənilən faylların limitsiz saxlanılması ildə 60 dollar təşkil edəcək.



Bir çox insanlar öz ad günü, məzuniyyət, bayram və gündəlik həyatı haqda xatirələrini bir çox qurğularda saxlayır və bunun üçün neçə qiqabayt lazım olduğunu bilmirlər.



"Amazon"un bulud xidmətinin direktoru Coş Petersen bildirib ki, "hər iki tarif istifadəçilərə istənilən həcmdə fotoşəkil, videoyazı, film, musiqinin və başqa faylları bir yerdə saxlamağa imkan verəcək". "Amazon"un rəqiblərində hələ ki, belə bir tarif yoxdur. Dropbox və Google 1 TB məlumatın saxlanılması üçün aylıq 10 dollar, Microsoft 7 dollar tələb edir. Ancaq Microsoft korporasiyası faylların saxlanılması üçün limitsiz tarif təqdim edir. Bunun üçün ildə 90 dollar ödəmək lazımdır.