"WhatsApp"ın uzun zamandır gözlənilən zəng xüsusiyyəti artıq Android istifadəçilərinə təqdim olunub. "WhatsApp"ın "Android"dəki son versiyasına (bunun üçün linki təqib edərək "WhasApp"ın rəsmi saytından tətbiqi yükləmək mümkündür) sahib olan istifadəçilər, ekranlarında aşağıdakı ekran görüntüsündə olduğu kimi, "chats" (söhbət) nişanının yanında "Calls" (zənglər) variantını görür. Zənglər nişanına toxunulduğu zaman rəhbərdən zəng etmək istədiyiniz şəxsi seçmək kifayətdir, beləliklə tətbiq içərisində istədiyiniz şəxsə zəng etmək mümkün olur.
