"Facebook" sosial şəbəkəsi Aprel ayının 1-də yeni video tətbiqi "Riff"i təqdim etdi. Riff facebook istifadəçilərinin yoldaşlarıyla ortaq şəkildə videolar hazırlamasını təmin edir. Riff "Facebook"un daha əvvəl Paper, Slingshot, Mentions, Rooms və Groups kimi tətbiqlərini inkişaf etdirən "Creative Labs" qrupunun imzasını daşıyır. "Facebook"un yeni tətbiqi Riff ilə ən çox 20 saniyəlik bir video hazırlayıb nəşr etmək mümkündür.



Amma işin əyləncəli tərəfi bir başqasının gəlib bu videoya necə bir əlavə edəcəyini görmək və ya başqalarının videolarına bənzər şəkildə toxunuşlar edə bilməkdir. "Riff"in istifadə qaydası olduqca asandır. Hazırladığınız videonu şəxsi zaman tunelində paylaşan Riff, bunu istəsəniz sosial şəbəkələr və ya e- poçt vs. ilə paylaşmağınıza icazə verir. Videoların üzərində meydana gələn + düyməsinə toxunmaqla Siz də həmin videoya əlavələr edə bilərsiniz. Ancaq video ilk kim tərəfindən yayımlanıbsa ona aid olur və həmin şəxsə başqaları tərəfindən əlavə olunan videoları qəbul etmək və ya silmək haqqı verilir.