İnternet istifadəçilərinin ən çox üstünlük verdiyi axtarış sayıtı "Google" Aprel ayının 21-də "Deep Link" adlı yeni axtarış alqoritmini istifadəyə verəcək. Yeni qaydalara görə, axtarış nəticələrində mobil versiyalı veb saytlar daha üst sıralarda yer alacaq. Həmçinin axtarış zamanı qarşımıza çıxan əlaqəsiz səhifələr "ələnəcək"dir. İstifadəçilər istədiyini tapmaq üçün səhifələri dolaşmaq əziyyətindən xilas olacaqlar. Google gələcəkdə açar sözdən suallara keçməyi nəzərdə tutur. Axtarış, "soruş, cavab al" - bu qədər sadə olmalıdır.