Almaniyanın "Red Dot" mükafatı öz qaliblərini tapıb. Ağıllı saat kateqoriyasında ən yaxşı devays adına "Apple Watch" layiq görüldü. Münsiflər heyəti cihazın erqonomik, funksionallıq, davamlılıq və "simvolik, emosional məzmununu" qeyd ediblər. Qeyd edək ki, "Red Dot" əvvəllər saatı öz mükafatları ilə sevindirmişdi, lakin bu il mükafat rəhbərliyi ayrı kateqoriya yaratmağa qərar verdi. Həmçinin, eyni mükafat "MB&F HM6 Space Pirate" saatına da verilib.