"Connect" şirkəti 06 Aprel – 01 İyun 2015-ci il tarixləri arasında "Bahar Kampaniyası"na start verdi. Kampaniya bütövlükdə TV, ADSL və Fiber Optik internet xidmətlərini əhatə edir.
CONNECT TV – TV Kampaniyası
"Connect TV"dən kampaniya müddəti ərzində yeni qoşulan abunəçilərə HD TV avadanlığı hədiyyə!
- Connect TV xidmətinə qoşulmaq istəyən abunəçilər ilkin qoşulma zamanı 54 AZN məbləğində ödəniş etdiyi halda seçəcəyi TV paketindən asılı olaraq; Premium paketə (164 telekanal) – 2 ay, Optimal paketə (140 telekanal) – 3 ay, Standart paketə (105 telekanal) – 6 ay müddətinə pulsuz baxa biləcək.
"Connect TV"nin deaktiv abunəçiləri üçün yeni HD TV avadanlığı və 164 telekanal hədiyyə!
- Deaktiv abunəçilər 54 AZN ödəməklə köhnə TV qəbuledici avadanlığını yenisi ilə dəyişmək və Premium paketə daxil olan 164 telekanaldan 2 ay ərzində pulsuz faydalanmaq imkanı əldə edir.
CONNECT İNTERNET – İnternet kampaniyası
"Connect İnternet"in istər ADSL, istər Fiber Optik internet xidmətinə pulsuz qoşul, 1-ci ayın abunə haqqını ödə, 1 ay internet hədiyyə qazan!
- Kampaniya ərzində internet xidmətinə yeni qoşulan abunəçilər qoşulma zamanı 1-ci ayın aylıq abunə haqqını ödədikdə 2-ci ayın internet xidmətini "Connect"dən hədiyyə qazanır.
CONNECT İNTERNET və CONNECT TV - 3+1 kampaniyası
Connect İnternet və ya Connect TV xidmətinin ən az 3 aylıq abunə haqqını ödə, 1 ay hədiyyə!
- Aktiv abunəçilər istər TV, istər ADSL, istərsə də Fiber Optik internet xidmətinin 3 aylıq abunə haqqını ödədiyi təqdirdə növbəti 1 aylıq abunə haqqı "Connect"dən hədiyyə!
Connect şirkəti 1 və 2 saylı ASAN Xidmət mərkəzlərində, 5 müştəri xidməti mərkəzi və 24 saat fəaliyyət göstərən 159 nömrəli məlumat mərkəzi ilə daima xidmətinizdədir.

