Apple olduqca diqqət çəkici bir satın alma daha reallaşdıraraq yenə gələcəkdəki məhsullarına yönəlik fərziyyələri qızışdırdı. Apple, mətbuata əks olunan rəqəmlərə görə 20 milyon dollar dəyərində İsrail mərkəzli kamera texnologiyası təşəbbüsü "Linx Imaging"i satın aldı.
Təşəbbüsün tam olaraq fəaliyyət göstərdiyi sahə, mobil cihazlar üçün hazırlanan miniatür və çox diafraqmalı kameralardır. Linx əsasən tablet və ultrabook tərzində dizüstü kompüterlər üçün kamera istehsal edir.
"Linx"in istehsal etdiyi kameraların fərqləndirici xüsusiyyəti bazardakı ən kiçik kameralardan biri olması və ultra incə quruluşuna baxmayaraq demək olar ki, professional cihazlar qədər yaxşı fotoşəkil çəkəbilməsidir. Apple satın almanı rəsmi olaraq təsdiqləyib.
